Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-06-2024 , 09:53

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Hacı Zeynəlabdin Bələdiyyəsi  şəhid və aztəminatlı ailələrdə uşaqların bayramını belə  qeyd edib

“Dünyanın əksər ölkələrində olduğu kimi, “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda da qeyd edilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Görülən işlərə, həyata keçirilən layihələrə biz də Hacı Zeynəlabdın bələdiyyəsi olaarq öz töhfəmizi veririk”-bu fikirləri Belediyye.infoya Sumqayıt şəhəri Hacı Zeynəlabdın bələdiyyəsinin sədri Əsli Qasımova deyib. Sədrin sözlərinə görə, bayram ərəfəsində bələdiyyə iclasının qərarıyla qəsəbə ərazisində olan şəhid və aztəminatlı ailələrin uşaqlarına bələdiyyənin hazırladığı hədiyyələr təqdim edilib.

Hacı Zeynəlabdın Bələdiyyəsinin təşəbbüsü ilə mütəmadi olaraq bu ailələrin hər biri ziyarət olunur, onları narahat edən məsələlər dinlənilir və bələdiyyədən asılı olan məsələlərin həlliylə bağlı addımlar atılır. 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər